Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uzman uroloq Bəhruz Xalıqov canlı yayımda izləycilərin suallarını cavablandıracaq

Uzman uroloq Bəhruz Xalıqov canlı yayımda izləycilərin suallarını cavablandıracaq

Tarix: 19 Noyabr 2019 16:12

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman uroloqu Bəhruz Xalıqov 22 noyabr 2019-cu il tarixində saat 15.00-da canlı yayımda “Böyrək daşı xəstəliyinin diaqnostikası və müalicəsi” mövzusunda çıxış edəcək və izləycilərin suallarını cavablandıracaq.

Hospitaldan Trend-ə verilən məlumata görə, Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb.

Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabr ayından Mərkəzi Gömrük Hospitalında uzman uroloq kimi çalışır.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.


Etiketlər:  Uzman uroloq Bəhruz Xalıqov canlı yayımda izləycilərin suallarını cavablandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ