Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 06:42
Keçən həftə Meksikanın Kitodakı səfirliyinə basqın nəticəsində ölkə polisi tərəfindən saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas komadadır.
Sonxeber.net unikal.az-a istinadən xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.
Qeyd olunur ki, siyasətçi bazar ertəsi günortadan sonra Quayakildəki hərbi xəstəxanaya köçürülüb, şənbə günündən isə həmin şəhərdə həbsxanadadır.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, Qlas həbsxanada külli miqdarda antidepresant və sakitləşdirici dərman qəbul etdiyindən komaya düşüb.