Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 19:21
Bakı. Trend:
Saatlı şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 18-də saat 23 radələrində Saatlı şəhərinin ərazisində şəhər sakini B.Zalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Hicran Məmmədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin