Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO)

AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO)

Tarix: 19 Noyabr 2019 19:28

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə bağlı ilk görüş Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirilib.

Trend-in məlumatına görə, görüşdə AQTİ-nin İdarə heyətinin sədr müavini Camal Quliyev tələbələrə “Könüllü Qida Nəzarətçisi“ proqramı barədə ətraflı məlumat verib.

Bildirilib ki, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, prosesdə ictimai nəzarətçi qismində aktiv iştirakını təmin etməkdir. Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar – asudə vaxtlarında iştirak edəcək, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə edəcəklər. Proqramda iştirak onların gələcəkdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu karyera qurmalarında müstəsna rol oynayacaq. Tədbirin sonunda tələbələrin sualları cavablandırlıb və ilkin qeydiyyat prosesi həyata keçirilib.

AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO) AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO) AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO) AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO) AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO) AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO)


Etiketlər:  AQTİ Könüllü qida nəzarətçisi proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ