Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nadir Qafarzadədən xeyirxah addım - VİDEO

Nadir Qafarzadədən xeyirxah addım - VİDEO

Tarix: 9 Aprel 2024 23:00

Məşhur müğənni Nadir Qafarzadə xeyirxah addımmı ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçi bloger Nail Kəmərlinin yutub layihəsinə çəkdiyi Mərziyyə adlı xanıma bayram sovqatı aparıb.

Maştağa sakininin evinə qonaq olan sənətçi ona öz papaqlarını da hədiyyə edib.

Qafarzadə evdə olarkən bəzi elektron avanlıqların çatışmadığını görüb və qadına soyuducu da alıb. Daha sonra ifaçı qadının aylardır ət yemədiyini deyib və kövrəlib.

Qafarzadə Mərziyyə xanıma son model televizor alacağını da söz verib.

Veriliş zamanı bildirilib ki, Mərziyyə xanım gənc yaşlarında ailə qurub. Lakin övladı olmadığından həyat yoldaşını tərk etmək istəyib. Hazırda onun 50-dən çox yaşı var.

Ətraflı videoda:

Milli.Az


Etiketlər:  Nadir Qafarzadədən xeyirxah addım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ