Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənərbağça”nı ciddi təhlükə gözləyir

“Fənərbağça”nı ciddi təhlükə gözləyir

Tarix: 10 Aprel 2024 11:56

Türkiyənin "Fənərbağça" klubu Super Liqadan uzaqlaşdırılma təhlükəsi ilə üzləşə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "sarı-lacivərdlər" Türkiyə Superkubokunda "Qalatasaray" ilə oyunu yarıda dayandırdıqları üçün ciddi cəza ala bilərlər.

Peşəkar İntizam Komitəsinin qərarına görə, "Fənərbağça" klubu Superkubok görüşü üçün xərclənən bütün məbləği "Qalatasaray" klubuna və Türkiyə Futbol Federasiyasına ödəməli olacaq. Bundan başqa, komanda Super Liqada xallarının silinməsi nəticəsində birinci liqaya endirilə bilər.

Qeyd edək ki, "Qalatasaray"la Türkiyə Superkubokunun final görüşünə U-19 komandası ilə çıxan "Fənərbağça" klubu birinci dəqiqədə qol buraxdıqdan sonra meydanı tərk edib.

Milli.Az


Etiketlər:  Fənərbağçanı ciddi təhlükə gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ