Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə məşhur partiyadan gözlənilməz qərar

Türkiyədə məşhur partiyadan gözlənilməz qərar

Tarix: 10 Aprel 2024 13:28

Ötən həftə keçirilən bələdiyyə seçkilərində gözlənilən nəticəni ala bilməyən İYİ partiyasında rəhbərlik dəyişir.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın hazırkı rəhbəri Meral Akşənər aprelin 27-də keçiriləcək partiyadaxili seçki qurultayında namizəd olmayacağını açıqlayıb.

Qeyd edək ki, millətçi və sağçı kimi tanınan İYİ partiyası ötən seçkilərdə ölkə üzrə cəmi 3.77 faiz səs toplayaraq, 1 vilayət və 24 rayonda bələdiyyə kürsüsünə yiyələnib.

Milli.Az


Etiketlər:  Türkiyədə məşhur partiyadan gözlənilməz qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ