Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz 31 aydan sonra darmadağın oldu

Millimiz 31 aydan sonra darmadağın oldu

Tarix: 10 Aprel 2024 17:24

Qadınlardan ibarət Azərbaycan millisi 31 aydan sonra böyük hesabla uduzub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, AVRO-2026-nın seçmə oyununda İsveçrədən 4 cavabsız qol buraxan yığmamız 3 ilə yaxın idi belə darmadağınla üzləşmirdi.

Komandamız sonuncu dəfə 2021-ci il sentyabrın 21-də azarkeşlərinə böyük üzüntü bəxş etmişdi. Həmin vaxt DÇ-2023-ün seçmə oyununda Danimarka 8 cavabsız qolla qələbə ilə qalib gəlib.

Yığmamız həmin qarşılaşmanı da evdə uduzub. Düzdür, bundan sonra Bakıda Rusiyaya 0:4 hesablı məğlubiyyət də yaşanıb. Lakin şimallılar yarışlardan kənarlaşdırıldıqdan sonra həmin nəticə ləğv edilib. Danimarka ilə matçdan sonra seçmə mərhələlər və Millətlər Liqasında heç bir rəqib üç topdan artıq fərqlə yığmamıza qalib gəlməmişdi.

Qeyd edək ki, millimiz AVRO-2026-nın seçmə mərhələsinin iki oyununda 1 xal toplayıb.

Milli.Az


Etiketlər:  Millimiz 31 aydan sonra darmadağın oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ