Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2024 13:22
ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn "Azututyun" radiosuna müsahibəsində deyib.
O bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir: "Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Maşınlar münaqişə zonasına daxil ola biləcəklər və həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar".
Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.