Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keniyada daşqında azı 13 nəfər ölüb

Keniyada daşqında azı 13 nəfər ölüb

Tarix: 13 Aprel 2024 08:34

Keniyada daşqında azı 13 nəfər ölüb, 15 min nəfər təxliyə olunub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Güclü yağışların yaratdığı təbii fəlakət həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələf olmasına səbəb olub.

Keniyada martın ikinci yarısında başlayan uzun sürən yağış mövsümü may ayının sonunadək yağacaq. Keniya Meteorologiya Departamentinin məlumatına görə, leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.

Milli.Az


Etiketlər:  Keniyada daşqında azı 13 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ