Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABC News: İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb

ABC News: İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb

Tarix: 13 Aprel 2024 08:52

İran İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "ABC News" telekanalı amerikalı rəsmilərə istinadən bildirib.

"ABŞ rəsmiləri İranın İsrailə raket və dron zərbələri ilə hücum etməyə hazır ola biləcəyinə dair göstəriciləri görməyə davam edir. Üç ABŞ rəsmisinin sözlərinə görə, İran mümkün zərbə üçün çoxlu sayda raket hazırlayıb. Rəsmilərdən ikisi deyib ki, İran mümkün zərbə üçün 100-dən çox qanadlı raket hazırlayıb", - telekanal nəql edib.

Rəsmilərdən biri "İranın İsrailə hücumda istifadə edə biləcəyi xeyli sayda dron hazırladığını" diqqətə çatdırıb.

Rəsmilər deyiblər ki, sözügedən proseslər İranda bir həftədir davam edir.

Milli.Az


Etiketlər:  ABC News İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ