Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2024 11:22
Azərbaycan Premyer Liqasının XXX turunun ilk oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, "Sumqayıt" - "Zirə" matçında hər komanda bir futbolçusunu itirib.
Meydan sahiblərinin heyətində ən çox qol vuran iki oyunçudan biri Kasimir Ninqa növbəti turu buraxacaq. 4-cü sarı vərəqəsini alan legioner "Turan Tovuz"a qarşı oynamayacaq.
"Zirə" isə "Neftçi" ilə matça itki ilə çıxacaq. 8-ci xəbərdarlığını alan Pyer Zebli paytaxt derbisini buraxacaq.
Qeyd edək ki, "Sumqayıt"la "Zirə"nin dueli qolsuz heç-heçə ilə başa çatıb.