Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi

Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi

Tarix: 14 Aprel 2024 14:14

Pentaqon rəhbəri Lloyd Ostinlə İsrailin müdafiə naziri Yoav Qallant arasında gün ərzində ikinci telefon danışığı baş tutub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqondan məlumat verilib.

"Müdafiə naziri Lloyd Ostin bu gün ikinci dəfə İsrailin müdafiə naziri Yoav Qallantla danışıb və İranın misli görünməmiş hücumu fonunda ABŞ-ın İsrailin müdafiəsinə sarsılmaz dəstəyini təsdiqləyib", - məlumatda qeyd olunub.

Məlumata görə, nazirlər İranın hücumunu dəf etmək üçün görülən mühüm müdafiə tədbirləri və güclü əməkdaşlığı müzakirə ediblər.


Etiketlər:  Ostin ikinci dəfə İsrail müdafiə nazirinə zəng etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ