Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə XİN: İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb

Türkiyə XİN: İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb

Tarix: 14 Aprel 2024 19:32

İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Hadisədən əvvəl biz İran və ABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib", - bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə "İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə gərginliyə son qoymağa çağırış edir".

Xarici İşlər Nazirliyi xatırladıb ki, Türkiyə tərəflərə İsrailin Qəzza zolağında apardığı müharibənin genişlənməsi və eskalasiya riski daşıdığı barədə xəbərdarlıq edib.

"İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu beynəlxalq hüquq normalarına zidd olaraq bu narahatlıqları əsaslandırıb. İranın bu hücuma reaksiyası və ondan sonrakı hadisələr bir daha göstərib ki, hadisələr sürətlə regional müharibəyə çevrilə bilər. Hadisələrin inkişafının qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik", - XİN vurğulayıb.

Xatırladaq ki, daha öncə "Reuters" Tehranın İsrailə qarşı planlaşdırılan əməliyyatla bağlı Ankaranı əvvəlcədən məlumatlandırdığını bildirmişdi.

Milli.Az


Etiketlər:  Türkiyə XİN İranın İsrailə hücumundan əvvəl Tehran Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ