Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Namiq Mənanın oğlu - "Onsuz da bir problem var idi"

Namiq Mənanın oğlu -

Tarix: 16 Aprel 2024 14:45

Meyxanaçı Namiq Məna və oğlu Məna Əliyev birgə efirə çıxıb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçilər "Rəngarəng səhər" verilişində qonaq olub. N. Məna oğlunun səhhəti ilə bağlı bunları söyləyib:

"İki il bundan əvvəl səhhətində problem olmuşdu. Keçdi, getdi. Bu yaxınlarda burnunda nəfəsalma problemi var idi. Əməliyyat olundu. Sadəcə xəstəxanada çəkiliş edib, bir az bədii təsvir verib. Hamı xəstə olur, keçir gedir".

Məna isə deyib ki, əməliyyatını iki il əvvəlki xəstəliyi ilə əlaqələndirib yazıblar, lakin hazırda heç bir problemi yoxdur:

"Hər kəs gündəlik başına gələnləri paylaşır. Kimi əyləncəsini, kimisi də hara getdiyini, nə etdiyini izləyiciləri ilə bölüşüb. Mən də istədim ki, başıma gələn bir hadisəni paylaşım. Dərd də bölüşəndə azalır. Onsuz da bir problem var idi. O paylaşımla əlaqəli yazıblar ki, vəziyyəti ağırdır".  

Milli.Az


Etiketlər:  Namiq Mənanın oğlu Onsuz da bir problem var idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ