Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 13:14
Rusiyanın Nijni Novqorod, Kazan və Naberjnıye Çelnı hava limanları pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin uçuşuna bağlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu şəhərlərə gedən bir neçə təyyarə Şeremetyevo və digər hava limanlarına qayıdıb. Dimitrovqrad bölgəsində "Düşənbə-Kazan" reysi bir neçə dövrə vurduqdan sonra Samaraya doğru hərəkət edib.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Moskvadakı "Şeremetyevo" hava limanı PUA-nın hücumu təhlükəsi ilə əlaqədar təyyarələrin yola salınması və enməsinə məhdudiyyətlər tətbiq edib. Hava limanından bildirilib ki, hava limanı adi rejimdə işləyir, gediş-gəliş reysləri qrafikə uyğun həyata keçirilir.