Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 16:06
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə etirazlara səbəb olan "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyacağını açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Xatırladaq ki, Gürcüstan parlamenti bu gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.