Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2024 14:30
Futbol tarixinin ən uzun qələbə seriyaları açıqlanıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in cədvəlinə ən azı ardıcıl 20 dəfə qalib gələn komandalar daxil edilib.
İndiyədək 17 belə seriya qeydə alınıb. Dünya rekordu "Əl-Hilal"a məxsusdur. Səudiyyə Ərəbistanı təmsilçisi bütün turnirlər nəzərə alınmaqla 34 qələbə qazanıb.
Bəzi klublar bir neçə dəfə belə seriyaya imza atıblar. Regional liqalardakı qələbələr nəzərə alınmayıb.
1. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 34
2. "Belfast Seltik" (Şimali İrlandiya) - 31
3. "Uypeşt" (Macarıstan) - 30
4. TNS (Uels) - 27
5. "Ayaks" (Niderland) - 26
6. TNS (Uels) - 26
7. "Ayaks" (Niderland) - 25
8. "Seltik" (Şotlandiya) - 25
9. "Şaxtyor" (Ukrayna) - 25
10. "Ferensvaroş" (Macarıstan) - 25
11. "Seltik" (Şotlandiya) - 24
12. "Bavariya" (Almaniya) - 23
13. "Srvena Zvezda" (Yuqoslaviya) - 23
14. "Real" (İspaniya) - 22
15. "Nasyonal" (Uruqvay) - 22
16. "Fənərbaxça" (Türkiyə) - 21
17. "Mançester Siti" (İngiltərə) - 21
Qeyd edək ki, klublar beynəlxalq oyunlardakı qələbə sayına görə sıralanıb.