Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü

Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü

Tarix: 20 Aprel 2024 10:56

Türkiyənin Batman vilayətinin 8 rayonunda həyata keçirilən "Mahzen-30" əməliyyatında Doğan Güneyin rəhbərlik etdiyi "Odacılar" mütəşəkkil cinayətkar dəstəsi çökdürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

O, cinayətkarlıqla məşğul olanlara qarşı əməliyyatların davam etdiyini vurğulayıb: "Əməliyyatlar zamanı mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərlərindən olan Yonca Onat da daxil olmaqla 34 şübhəli saxlanılıb. İstəyirəm ki, əziz millətimiz bunu bilsin ki, hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları sıradan çıxarıb ədalətə təslim edəcəyik. Əməliyyatlarımız dan yeri ağaranda da, günəş batanda da  davam edəcək".

Milli.Az


Etiketlər:  Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ