Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçəcək - FOTO

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçəcək - FOTO

Tarix: 22 Aprel 2024 11:02

Ermənistan mediasında Qazaxın işğal altında olan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından sonra sərhəddəki dəyişikliyə dair xəritə dərc edilib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, erməni mediası sərhədin bu istiqamətində delimitasiya prosesi başa çatdıqdan sonra xəritənin dəyişəcəyini və Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyini yazır.

Erməni şərhçi yazır ki, mayın 20-dən sonra Gürcüstana Azərbaycan vasitəsilə gedəcəyik.

Qeyd edək ki, 4 kəndin qaytarılmasından sonra sərhədin Tavuş istiqamətində başlanan delimitasiyanın 20 maya qədər tamamlanması gözlənilir.

Milli.Az


Etiketlər:  Xəritə yayıldı ermənilər Azərbaycandan keçəcək FOTO


RƏYLƏR