Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Fransa ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Tarix: 20 Noyabr 2019 19:20

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılmasına, pensiya təminatı və tibbi-sosial reabilitasiya sistemlərinin inkişafına dəstək məqsədi daşıyan tvinninq layihələri çərçivəsində Fransanın müvafiq qurumları ilə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu əsasda gələcəkdə əmək, məşğulluq, sosial müdafiə sahəsində geniş müstəvidə əməkdaşlıq üçün imkanlar var.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə nazirlikdə keçirdiyi görüşdə bildirib.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar proqramı nəticəsində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişaf tempinə malik olduğunu vurğulayıb. O, Azərbaycanda sosial sahədə əldə olunan uğurlar, DOST layihəsi barədə səfirə məlumat verib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində innovativ həllərin tətbiqi əsasında aparılan islahatları qeyd edib.

Nazir iki ölkənin əlaqələrinin daim inkişaf edərək genişləndiyini deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında aidiyyəti istiqamətlərdə, həmçinin qeyri-formal məşğulluğun aradan qaldırılması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkili, sosial təminat sistemində idarəçiliyin təkmilləşdirilməsi, reabilitasiya və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin məqsədyönlü ola biləcəyini vurğulayıb.

Z.Qros əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin, fəal təcrübə mübadilələri aparılmasının önəmini qeyd edib. O bu sahədə onun tərəfindən müvafiq səylərin göstəriləcəyini bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fransa ilə əmək məşğulluq sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ