Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2024 18:38
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu fikirləri "Al Jazeera" telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib.
O vurğulayıb ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.