Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 06:06
"Zülalla zəngin qidalar yeyərək maddələr mübadiləsinin sürətini artıra və arıqlamağı asanlaşdıra bilərsiniz".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı diyetoloq Marina Kopıtko deyib.
Zülal məhsulları (yumurta, ət, paxlalılar, su), B qrup vitaminlər (kəpək, taxıl, püstə), ədviyyatlar (keşniş, darçın, paprika, istiot) maddələr mübadiləsinin sürətini artırmağa kömək edir. Ancaq bunun üçün təkcə qidalanma kifayət deyil: fiziki fəaliyyət də lazımdır - müntəzəm məşq etmək və gündə 10-12 min addım atmaq.
Həkim əlavə edib ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar ədviyyatlara qarşı son dərəcə diqqətli olmalıdırlar, çünki onlar qastrit, xora, xolelitiazın (öd kisəsində daş) kəskinləşməsinə səbəb ola bilər.