Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2024 14:28
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda baş verən dəhşətli qəzada ağır yaralanan "Darıca Sports" U17 futbolçusu Bayram Qaymaz 11 gündən sonra xəstəxanada vəfat edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hadisə aprelin 29-da baş verib.
Məlumata görə, qəzadan sonra "Peugeot" markalı avtomobildə olan 5 nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.