Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2024 15:57
Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN rəhbəri ilə görüşdən əvvəl çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Belə ki, erməni nazir, eyni zamanda, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.