Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur” – HƏKİM SƏBƏBİ AÇIQLADI

“Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur” – HƏKİM SƏBƏBİ AÇIQLADI

Tarix: 10 May 2024 21:06

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. 

Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, respublika əhalisinin böyük bir hissəsi Bakı, Abşeron və Xızıda yaşayır. 

Onun sözlərinə görə, bu ərazilərdə xəstəliklərin çoxalması təbiidir:

"Kənd əhalisi ilə müqayisədə şəhər əhalisində xüsusilə allergik xəstəliklərin rast gəlmə tezliyi daha yüksəkdir. Alimlərin fərziyyələrinə görə, kənddə yaşayan insanlar allergenlərlə daha çox təmasda olduğu üçün onlarda allergik xəstəliklərin yaranması da çox az müşahidə olunur. Yəni insan nə qədər steril şəraitdə yaşayırsa, antigenlər, bakteriyalar və viruslarla nə qədər az təmasda olursa, onun xəstələnmə ehtimalı da bir o qədər yüksək olur. Həmçinin qidalanma da təsir göstərir. Şəhərdə yaşayan insanlar yarımfabrikatlar, "fast food" kimi qidalara daha çox üstünlük verir. Kənd əhalisi isə daha çox orqanik və təbii məhsullarla qidalanır. Bu da xəstəliklərə öz təsirini göstərir. Bundan əlavə həmçinin iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrdə şəkərli diabet xəstəliyinin rast gəlmə tezliyi daha yüksəkdir. Bakı, Abşeron və Xızı kimi əhalinin sıx olduğu yerlərdə infeksion xəstəliklər daha çox yayılır. Bu göstəricilər təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur".

Milli.Az


Etiketlər:  Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur HƏKİM SƏBƏBİ AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ