Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 06:32
AB İsrailin Rəfah sakinlərinin "təhlükəli ərazilərə" köçürülməsi tələbini qəbuledilməz adlandırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X sosial şəbəkəsində bildirib.
"Biz İsrail hökumətini beynəlxalq humanitar hüquqa hörmət etməyə və Rəfahda quru əməliyyatı keçirməməyə çağırırıq", - o bildirib.
Mişel həmçinin AB-dən humanitar yardımın bölgəyə daxil olmasına icazə vermək üçün sərhəd keçid məntəqələrinin açılması ilə bağlı çağırışları təkrarlayıb.
O, danışıqların davam etdirilməsinin vacibliyini də bəyan edib.