Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Everesti fəth edən nepallı alpinistdən dünya rekordu

Everesti fəth edən nepallı alpinistdən dünya rekordu

Tarix: 12 May 2024 19:52

Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma sayına görə özünün müəyyən etdiyi dünya rekordunu yeniləyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə alpinistin işlədiyi dağ ekspedisiyası şirkətinin nümayəndəsi məlumat verib.

54 yaşlı alpinist və bələdçisi təxminən 30 nəfərdən ibarət komandanı müşayiət ediblər. Kami Rita ilk dəfə Everest zirvəsinə 1994-cü ildə, 24 yaşında olarkən çıxıb. Bu gün zirvəyə qalxmazdan əvvəl o, rekordla bağlı konkret hədəfinin olmadığını söyləyib.


Etiketlər:  Everesti fəth edən nepallı alpinistdən dünya rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ