Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen şəxsən izlədi: Bu silahlar Rusiyaya gedəcək?

Kim Çen şəxsən izlədi: Bu silahlar Rusiyaya gedəcək?

Tarix: 13 May 2024 09:02

Bu il Şimali Koreya Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya yeni reaktiv yaylım atəş sistemləri (MLRS) verə bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap Nyus" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, KXDR "idarə olunan" mərmiləri olan yeni 240 mm-lik MLRS-i sınaqdan keçirib. Texniki cəhətdən yenilənmiş artilleriya sisteminin son sınaqlarını Şimali Koreya lideri Kim Çen İn şəxsən müşahidə edib:

"KXDR yaylım atəş sistemindən atılan səkkiz mərminin hədəfləri dəqiq vurduğunu və sınaqların onun dağıdıcı gücünü nümayiş etdirdiyini iddia edir".

Kim Çen İn bildirib ki, yeni silahlar Şimali Koreya artilleriyasının döyüş effektivliyini artıracaq.


Etiketlər:  Çen şəxsən izlədi silahlar Rusiyaya gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ