Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana yalnız bu 6 ölkə səs verib - Siyahı

Azərbaycana yalnız bu 6 ölkə səs verib - Siyahı

Tarix: 13 May 2024 12:00

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və finalında iştirak edən ölkələrin səsverməsi rəsmi saytda dərc edilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ilk yarımfinalda Fahree və İlkin Dövlətöva hansı ölkələrin səs verdiyi bəlli olub.

Ümumilikdə 6 ölkədən olan televiziya tamaşaçıları Azərbaycana 11 xal verib:

- Moldova - 6 xal;

- Finlandiya - 1 xal;

- Litva - 1 xal;

- Polşa - 1 xal;

- Serbiya - 1 xal;

- Ukrayna - 1 xal.

Öz növbəsində Azərbaycan televiziya tamaşaçıları səsvermədə ən yüksək 12 xalı Kiprə veriblər. Həmçinin, azərbaycanlı tamaşaçıların səsvermə nəticələrinə görə ilk 5-likdə Ukrayna (10 xal), Lüksemburq (8 xal), Xorvatiya (7 xal) və İrlandiya (6 xal) yer alıb.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.

Yarışmanın qalibi isə İsveçrə təmsilçisi Nemo olub. O, ölkəsini "The Code" mahnısı ilə qalib edib.


Etiketlər:  Azərbaycana yalnız ölkə səs verib Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ