Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 19:42
Hindistanda reklam lövhəsi aşıb, ölənlər var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Mumbayın Ghatkopar şəhərində güclü toz fırtınası zamanı yanacaqdoldurma məntəqəsinin üzərinə nəhəng reklam lövhəsi aşıb.
Onun altında çoxlu sayda adamın qalması ehtimalı var. Polis indiyə qədər 3 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını, 67 nəfərin isə xilas edildiyini bildirib. Xilasetmə işlərinin davam etdiyi qeyd olunub.
Reklam lövhəsi yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşirmiş.