Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2024 08:52
NATO müttəfiqləri Ukrayna qoşunlarına təlim keçməsi üçün bu ölkəyə hərbçilər göndərməyə çox yaxındır. Bu addım əvvəlki "qırmızı xəttin" növbəti dəfə keçilməsi olacaq və ABŞ-la Avropanı hərbi münaqişəyə sürükləyə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms"da yayımlanan məqalədə deyilir.
Bildirilib ki, Ukraynanın resurs çatışmazlığı kritik həddə çatıb və Rusiya Amerikanın silah tədarükünün gecikməsindən istifadə edərək uğurlarını sürətləndirir. Bu səbəbdən son həftələrdə Ukraynanın döyüş meydanındakı vəziyyəti xeyli pisləşib.
"Ukrayna hakimiyyəti amerikalı və NATO tərəfdaşlarından 150 min yeni əsgərə təlim keçməsini xahiş edib.
İndiyədək Birləşmiş Ştatlar "yox" desə də, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun cümə axşamı bildirib ki, NATO təlimçilərinin göndərilməsi qaçılmaz görünür", - deyə bildirilib.