Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı: Hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir

Avropa İttifaqı: Hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir

Tarix: 22 Noyabr 2019 12:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan hökuməti qadınların iqtisadi cəhətdən güclənməsinə diqqət yetirir. Avropa İttifaqı Azərbaycanın bu addımını alqışlayır.

Trend-in məlumatına görə, bunu “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir.

S.Qatti əlavə edib ki, Avropa İttifaqının Azərbaycana bu istiqamətdə dəstək göstərmək imkanı var: "Biz müşahidə edirik ki, Azərbaycanda iddialı islahatlar həyata keçirilir. Burada qısa müddətdir ki fəaliyyət göstərirəm. 6 ay ərzində qadın hüquqları və gender bərabərliyinə həsr olunan 7-dən çox irihəcmli tədbirdə iştirak etmişəm".

Aİ nümayəndəsinin sözlərinə görə, Avropa İttifaqının bir neçə il əvvəl Şərq tərəfdaşlığı ölkələrində qadınların siyasi iştirakı ilə bağlı apardığı araşdırma və təhlillərin nəticəsi onu deməyə əsas verir ki, iştirak çox aşağı səviyyədir: "Avropa ölkələrində də problemlər var. Vacibdir ki, güclü və harizmatik qadınlar yüksək yerlərdə olsunlar. Yerli idarəetmə səviyyəsində qadınlar təmsil olunmasa, müsbət nəticələr əldə etmək mümkün olmayacaq. Bu baxımdan "Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılması vacibdir. Bu layihə çərçivəsində bələdiyyə seçkilərində aktiv iştirak edə bilməsi üçün qadınların bacarıqları artacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avropa İttifaqı Hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir


RƏYLƏR