Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 23:44
Xokkey üzrə Latviya millisinin qapıçısı Kristers Qudlevskis dünya çempionatının qrup mərhələsində Slovakiya millisi ilə dünənki oyunda (3:2 B) yeddi kiloqram arıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə jurnalist Ulvis Broje sosial şəbəkələrdə yazıb.
O, Latviya millisinin baş məşqçisi Hariys Vitolinsdən sitat gətirib: "Mən ilk dəfədir ki, belə bir hadisə görürəm".
Xatırladaq ki, slovaklarla görüşdə 31 yaşlı Qudlevskisin qapısına 43 zərbə endirilib. Kristers bulitlərdə özünü inamlı göstərərək, yeddi zərbədən sonra cəmi bir dəfə qol buraxaraq görüşün əsas qəhrəmanlarından birinə çevrilib.