Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 18:42
Cüdo üzrə Azərbaycan millisi dünya çempionatlarında tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu, BƏƏ-nin paytaxtı Abu-Dabidə gerçəkləşıb.
Yığmamız Rio-2013-dəki nəticəsini üstələyib. Braziliyada komandamız 1 qızıl və 1 bürünc medal əldə edib.
Həmin vaxt Elxan Məmmədov (100 kq) çempionluq sevinci yaşayıb. Orxan Səfərov (60 kq) isə bürünc qazanıb.
11 il əvvəlki kimi Abu-Dabidə də millimiz 2 medal qazanıb. Onlardan birini 73 kq çəkidə çempion olan Hidayət Heydərov əldə edib. Digər medalın əyarı bugünkü finaldan sonra dəqiqləşəcək. Zelim Kotsoyev 100 kq çəkidə ən azı gümüş mükafata sahib çıxacaq. Bu isə artıq 11 il əvvəlki göstəricidən daha yaxşı nəticədir.
Qeyd edək ki, Azərbaycan cüdoçuları mundiallar tarixində 2 qızıl medal qazanıb.