Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2024 07:52
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığında "Xarici agentlər haqqında" qanundan danışarkən Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdini xatırlatdım, lakin sözlərim təhdid ehtiva etmir, onlar kontekstdən çıxarılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin bəyanatında deyilir.
"Gürcüstanın baş nazirinin mayın 23-də verdiyi bəyanatla əlaqədar olaraq, söhbətimizin bəzi hissəsinin kontekstdən çıxarıldığına görə təəssüfləndiyimi bildirmək istəyirəm.
Tiflis küçələrində daha da qütbləşməyə gətirib çıxara biləcək qanun qəbul etməklə onsuz da çox kövrək olan vəziyyəti daha da gərginləşdirməmək zərurətini baş nazirin diqqətini çatdırmaq istədim. Bu kontekstdə Slovakiyada baş vermiş faciəli hadisəni xatırlatdım", - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu ilə əlaqədar Avropa komissarı tərəfindən təhdidlərə məruz qaldığını açıqlamışdı.