Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orta aylıq əməkhaqqının artacağı gözlənilir

Orta aylıq əməkhaqqının artacağı gözlənilir

Tarix: 24 May 2024 14:28

Azərbaycanda bu il orta aylıq əməkhaqqının 990,0 manat olması proqnozlaşdırılır. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məsələ "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə dair izahatda bildirilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.


Etiketlər:  Orta aylıq əməkhaqqının artacağı gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ