Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkərli diabeti illər əvvəl müəyyən etməyin yolu

Şəkərli diabeti illər əvvəl müəyyən etməyin  yolu

Tarix: 24 May 2024 19:24

Şəkərli diabetin nəzərə çarpmayan ilkin əlamətləri aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə macar alimlərin "Frontiers in Endocrinology" jurnalında dərc olunan məqaləsində bildirilir.

Onların sözlərinə görə nevropatiya - yorğunluq, başgicəllənmə, əzalarda uyuşma və sümük ağrıları ilə müşayiət olunur.

Tədqiqat zamanı şəkərli diabetə tutulma riski yüksək olan 44 nəfərin və heç bir xəstəliyə meyli olmayan 28 könüllünün sağlamlıq məlumatları müqayisə edilib.

Könüllülərin həmçinin ürək döyüntüləri ölçülüb, sonra isə bir sıra ağrıya cavab testlərindən keçiliblər.

Məlum olub ki, diabet diaqnozu qoyulmazdan illər əvvəl insanlar nevropatiyanın simptomlarını - periferik sinir sistemində bir və ya bir neçə sinirin zədələnməsini hiss edə bilərlər. Bunun əlamətləri isə yorğunluq, aşağı qan təzyiqi, başgicəllənmə, halsızlıq, uyuşma, ətraflarda sancmalar və yanma hissi, həmçinin sümük ağrıları və qıcolmalar ola bilər.

Milli.Az


Etiketlər:  Şəkərli diabeti illər əvvəl müəyyən etməyin yolu


RƏYLƏR