Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 08:00
"Akkuyu" AES-in ilk enerji blokunu bir il ərzində işə salmağı planlaşdırırıq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar deyib.
"Bir il ərzində ilk enerji blokunu istifadəyə verməyi planlaşdırırıq. AES-də ümumilikdə dörd aqreqat var, məqsədimiz - mən bu barədə nazir postuna gələndə demişdim - 2028-ci ilə qədər 4 aqreqatın hamısını işə salmaqdır. Bundan sonra AES Türkiyənin elektrik enerjisinin 10%-ni təmin edəcək", - nazir qeyd edib.