Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bavariya”da yeni baş məşqçi - FOTO

“Bavariya”da yeni baş məşqçi - FOTO

Tarix: 25 May 2024 18:42

Almaniyanın "Bavariya" klubunu yeni mövsümdən kimin çalışdıracağı bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Münhen təmsilçisinin yeni baş məşqçisi Vinsent Kompani olacaq.

O, Bundesliqa klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq. "Bavariya" bu təyinat üçün Kompaninin çalışdırdığı "Bernli"yə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, məşqçilik karyerasına Pep Qvardiolanın köməkçisi kimi başlayan belçikalı "Anderlext" və "Bernli" klublarını çalışdırıb.

Milli.Az


Etiketlər:  Bavariyada yeni baş məşqçi FOTO


RƏYLƏR