Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəbələ” 6 futbolçusunu göndərdi

“Qəbələ” 6 futbolçusunu göndərdi

Tarix: 27 May 2024 13:14

"Qəbələ" altı futbolçu ilə yollarını ayırıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi legionerlərindən altısı ilə vidalaşıb. Müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə 2023-2024-cü illər mövsümünün sonunda başa çatan müqavilələr uzadılmayıb.

2020-ci ildən "qırmızı-qara" formada çıxış edən toqolu Akakpo 30 oyunda 3 qol vurub. 2023-cü ildə "Qəbələ"yə keçən belçikalı Allaşın hesabında 56 görüşdə 10 top var.

Ötən yay "Qəbələ"yə qoşulan israilli Xalayla 40 (10 qol), braziliyalı Afriko 35 (1 qol), nigeriyalı Ayzaya 26 (1 qol) matçda form geyinib. Bu qış "qırmızı-qaralar"ın heyətinə qayıdan mozambikli Bauk 13 qarşılaşmada 1 qola sevinib.

Qeyd edək ki, Premyer Liqada sonuncu yeri tutan "Qəbələ" I Liqaya yuvarlanıb.


Etiketlər:  Qəbələ futbolçusunu göndərdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ