Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron Kiyevə Rusiya ilə bağlı icazəni verdi

Makron Kiyevə Rusiya ilə bağlı icazəni verdi

Tarix: 28 May 2024 22:44

Ukraynaya Rusiyanın hərbi hədəflərini vura bilən uzaqmənzilli silahların verilməsi münaqişənin gərginləşməsi deyil.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Hesab edirik ki, onlara raketlərin buraxıldığı, əsasən də Ukraynaya hücumların həyata keçirildiyi hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik. Lakin onların Rusiyadakı digər hədəfləri, açıq-aydın mülki hədəfləri və ya digər hərbi hədəfləri vurmaq hüququ olmamalıdır", - Makron bildirib.

Qeyd edək ki, bu gün Avropa Birliyinin müdafiə nazirləri Ukraynanın Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanlarını müzakirə edir.


Etiketlər:  Makron Kiyevə Rusiya ilə bağlı icazəni verdi


RƏYLƏR