Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 19:05
Əməkdar artist Teymur Əmrah "Xalq artisti" fəxri adını daşıyan həmkarlarını tənqid edib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində deyib.
T.Əmrah yüksək qiymətə toya gedən Xalq artistlərini canlı oxuya bilməməkdə günahlandırıb:
"Adlarını çəkməyəcəyəm. Bu gün onlar "Xalq artisti" fəxri adını daşıyırlar. Bu gün xalqın gözündə onları o qədər ucaldıblar, pik nöqtəyə qaldırıblar ki... Xalq üçün onlar pik nöqtədədirlər, amma mənim üçün studiyada pik nöqtədədirlər. Canlı ifada onlar "sıfırdılar". O pik nöqtəyə xalq qaldırdığı, bahalı qiymətə toylarına gətirtdiyi... İnanın ki, onlar öz balalarına görə deyil, o ada görə gətirdirlər".