Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Laricani də prezident olmaq istəyir

Əli Laricani də prezident olmaq istəyir

Tarix: 31 May 2024 11:26

İran parlamentinin keçmiş spikeri Əli Laricani növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" yayıb. 

Məlumata görə, 66 yaşlı iranlı siyasətçi bu gün sənədlərini təqdim edib.

Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-da başlayıb və iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.

Onu da qeyd edək ki, Ə.Laricani 2008-2020-ci illərdə İran parlamentinin sədri olub.


Etiketlər:  Əli Laricani prezident olmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ