Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Joze Mourinyo ''Fənərbağça'' ilə razılaşdı

Joze Mourinyo ''Fənərbağça'' ilə razılaşdı

Tarix: 31 May 2024 15:42

Portuqaliyalı baş məşqçi Joze Mourinyo "Fənərbağça"ya ilə razılığa gəlib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İddiaya görə, 61 yaşlı mütəxəssis Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Fənərbağça" bu mövsüm Türkiyə çempionatında ikinci yeri tutub.

Xatırladaq ki, J.Mourinyo məşqçilik karyerası ərzində "Benfika", "Leiriya", "Portu", "İnter", "Real Madrid", "Çelsi", "Mançester Yunayted", "Tottenhem" və "Roma" klublarına rəhbərlik edib.


Etiketlər:  Joze Mourinyo Fənərbağça ilə razılaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ