Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2024 02:05
"Əvvəl hədəfim "Oskar" idi, artıq bitdi. Çünki araşdırdım ki, türk filminə belə "Oskar" vermirlər".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Söhbət var" proqramında deyib. Sənətçi "oskar" mükafatı almaq arzusundan danışıb:
"Bəzi diaspora var ki, buna imkan vermir. Başa düşdüm ki, sənətinlə bir şey edə bilməzsən. Bəzi güclər var ki, heç imkan verməz Azərbaycan filmi "Oskar"a getsin. Niyə insan öz istedadı ilə qabağa getmir, kiminsə dəstəyi olmalıdır. Bu da mənim həvəsimi öldürdü".