Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2024 01:10
-------
01:10
UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
"Report" xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı "Uembli"də keçirilmiş görüşdə Almaniyanın Dortmund "Borussiya" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gəlib.
Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.
Beləliklə, "Real Madrid" 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun "Liverpul"unu yenərək "Real Madrid"i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya "Milan"ı ilə də bu titulu əldə edib.
-------
23:24
Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın "Real Madrid" futbol klubu ilə Almaniyanın "Borussiya Dortmund" klubu üz-üzə gəlir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, oyun Londondakı "Uembli" stadionunda keçirilir və Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Bu final Çempionlar Liqası tarixində 69-cudur. Turnirin ən titullu klubu "Real Madrid"dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin 3 dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.
Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin "Liverpul"unu (1:0) məğlub etmişdi.
"Borussiya" isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya "Yuventus"undan güclü olub (3:1). 2013-cü ildə də "Borussiya" finala çıxsa da, Almaniyanın "Bavariya"sına uduzub (1:2).