Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acun bütün planları pozdu

Acun bütün planları pozdu

Tarix: 2 Iyun 2024 14:02

Xəbər verdiyimiz kimi, portuqaliyalı məşhur mütəxəssis Joze Mourinyo bundan sonra "Fənərbağça" klubunu çalışdıracaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mourinyonun İstanbul təmsilçisinin "sükanı arxasına" keçməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

Paylaşılan fotoda Acun Ilıcalının da yer alması müzakirələrə səbəb olub.

Məsələ burasındadır ki, Mourinyonun İstanbul təmsilçisinə keçməsində onun da böyük rolu olduğu bildirilir.

İş burasındadır ki, yenidən "Fənərbağça" prezidenti olmaq üçün namizədliyini açıqlayan Aziz Yıldırım da seçiləcəyi təqdirdə məhz Mourinyonu "Fənərbağça"ya gətirəcəyini bildirmişdi.

Amma rəhbər vəzifədə qalmağı hədəfləyən Ali Koç Acunun da dəstəyi ilə əsas rəqibinin bir nömrəli planını pozmuş oldu.

Görünən odur ki, Aziz Yıldırım yenidən prezident seçilmək üçün daha fərqli iddia ilə çıxış etməlidir.

Qocaman futbol funksionerinin hansı addım atacağını isə zaman göstərəcək.

Milli.Az


Etiketlər:  Acun bütün planları pozdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ