Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail-Livan sərhədində meşə yanğını başladı

İsrail-Livan sərhədində meşə yanğını başladı

Tarix: 4 Iyun 2024 06:30

Meşəlik ərazilərdə fosforlu sursatların və reaktiv yaylım atəşi sistemlərinin istifadəsi Livan-İsrail sərhədinin hər iki tərəfində yanğınlara səbəb olub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Mayadin" telekanalının verdiyi məlumatda deyilir.

Livanın cənubunun qərb sektorunda Alma əş-Şaab və Əl-Duheyra kəndləri yaxınlığında yanğınlar qeydə alınıb.

Hadisə yerinə gələn yanğınsöndürmə qrupları İsrail tərəfdən atəşin davam etməsi səbəbindən yanğına müdaxilə edə bilmirlər.

Qərbi Qalileydə yanğın "Burkan" raketi və iki dron-kamikadzenin qeyri-yaşayış ərazisinə düşməsi nəticəsində qeydə alınıb.


Etiketlər:  İsrail Livan sərhədində meşə yanğını başladı


RƏYLƏR