Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acundan Aziz Yıldırıma sərt sözlər - VİDEO

Acundan Aziz Yıldırıma sərt sözlər - VİDEO

Tarix: 4 Iyun 2024 12:12

İş adamı və "Fənərbağça"nın İdarə Heyətinin üzvü olan Acun Ilıcalı açıqlamaları ilə diqqət çəkib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Tolqa Candaşın "Az Önce Konuştum" proqramında qonaq olan iş adamı İstanbul klubunun sabiq prezidenti Aziz Yıldırımın ünvanına sərt sözlər səsləndirib. 

O, A.Yıldırımın "Acun Ilıcalı Adnan Oktar tərəfdarıdır" açıqlamasına cavab verib. İş adamı həm də sabiq prezidentin klubu 600 milyon avro borca saldığını bildirib: "Onun bu cür danışması çox üzücüdür. "Fənərbağça" prezidenti olmaq üçün klubu ləkələmək doğru deyil. Klubun ən böyük problemi içəridə birliyin olmamasıdır. Məni günahlandırdığı şey çox çirkindir. Onunla bağlı neqativ nəsə danışmaq istəmirdim.

Adnan Oktarla 35 il öncə görüşdüm. Görüşdüyüm zaman yaxşı insan olub və bir-birimizə yardım edək deyə danışdıq. İnsanlara kömək etmək barədə söhbətimiz olmuşdu. Klub prezidenti olmaq üçün bunu danışıb özünə xal qazanmaq ayıbdır. Mənim məqsədim "Fənərbağça"ya kömək etməkdir. Onunla yaxınlığımız olub və bunun səbəbi klubun rəhbəri olması idi. 

Aziz Yıldırım klubdan gedərkən 600 milyon avro borc var idi. "Fənərbağça"nı çətin vəziyyətdə qoyub getdi. Bir insan klubu belə vəziyyətdə tərk edər? Bu pulun illik faizi 100 milyon avrodur. İndi də gəlib prezidentlik etmək istəyir". 


Etiketlər:  Acundan Aziz Yıldırıma sərt sözlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ